Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən 77 min 640 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən il 16 min 232 şəxs özünüməşğulluq proqramına cəlb olunmaqla onların seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı işləri aparılıb. Bu da proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 13,6 dəfə çoxdur.

Həmçinin, nazirliklə Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi iştirakçılarının aktivlərlə təminatına başlanılıb. Bu layihə özünüməşğulluq proqramının daha da genişlənməsinə və 22 min işsiz şəxsin özünüməşğulluğunun təmininə dəstək olacaq.