“Azəriqaz” İstehsalat Birliyi sayğac göstəricilərinin oxunmasını başa çatdırıb.

Limitlə bağlı sayğac şəkillərinin qəbulu dayandırılıb. Qaz sayğaclarında güzəştli limit həddi ilə bağlı göstəricilərin sıfırlanması ilə əlaqədar abonentlərdən 144 min müraciət daxil olub. Qurumdan bildirilib ki, yenilənən limitlərlə bağlı bildirişlər abonentlərə təqdim olunacaq. Şəklin göndərilib-göndərilməməsindən asılı olmayaraq sayğaclar sıfırlanacaq.

Qeyd edək ki, bu ildən etibarən qaz limitlərinin daha operativ şəkildə sıfırlanması və şəffaflığın daha da artırılması məqsədilə yeni sayğaclardan və xüsusi cihazlardan istifadə olunacaq. Yeni sayğaclar ölkəmizdə istehsal ediləcək. “Azəriqaz” İstehsalat Birliyi ilk 10 min sayğac sifarişini verib.