Bu il “Böyük qayıdış” proqramı üzrə Qarabağa ilk sakinlərin köçürülməsi gözlənilir, onlara partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçiriləcək.

Bu barədə Minatəmizləmə Agentliyindən bildirilib. Qeyd olunub ki, Agentlik tərəfindən 130 dövlət qurumu və özəl müəssisənin 5000-dən yuxarı əməkdaşı ümumi maarifləndirmə və təlimçilərin təlimi proseslərinə cəlb olunub. Minalı ərazilərə yaxın 80 kənddə mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb.

Eyni zamanda, minlərlə maarifləndirici və xəbərdaredici materiallar hazırlanaraq əhaliyə paylanılıb. ANAMA-ya 2023-cü ilədək 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub. Bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib. Xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb.