Azərbaycanda ötən il əlillik təyin olunanların sayı iki dəfə artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2021-ci ildə 62 min şəxsə əlillik dərəcələri və bununla əlaqədar sosial ödənişlər təyin olunub. Vətən müharibəsində yaralanan hərbçilərdən 2 515 nəfərə əlillik dərəcələri, Prezidentin aylıq təqaüdü və əlilliyə görə pensiya, yaxud əllliyə görə müavinət təyin edilib. Eyni zamanda, 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub.
Keçən il əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37,1% çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib. 8 716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki, onlardan 1200 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Agentliyin reabilitasiya müəssisələrində ötən il 9 325 nəfərə reabilitasiya xidmətləri göstərilib.