“Kədərdə və sevincdə - həmişə birlikdəyik” - Mövlud Çavuşoğlu

“Kədərdə və sevincdə - həmişə birlikdəyik” - Mövlud Çavuşoğlu

14 Yanvar, 12:58 Sosial mediada paylaşın:

“Şuşa Bəyannaməsi ilə müttəfiqlik əlaqələrimizi formalaşdıran iradə gələcəkdə də davam edəcək”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, ötən 30 il ərzində Türkiyə hər zaman dost və qardaş Azərbaycanın yanında olub: “Bunu qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsindən sonrakı sevinci növbəti dəfə təsdiqləyib. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çıxmış əlaqələrimizi formalaşdıran bu iradə gələcəkdə də davam edəcək”.

Dost ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitterdə paylaşım edib.

Paylaşımda deyilir: “Kədərdə və sevincdə - həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. Bir millət, iki dövlət”.

CANLI YAYIM