Ötən il əcnəbilər tərəfindən övladlığa uşaq götürmə ilə bağlı müraciət olmayıb və Azərbaycandan əcnəbi vətəndaşlara övladlığa uşaq verilməyib. Sağlamlıq imkanı məhdud uşaqlar da ötən il övladlığa götürülməyib. Övladığa götürmə ilə bağlı yalnız evli şəxslər müraciət ediblər.

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bu barədə məlumat verib.

2019-cu ildən uşaq övladlığa götürmə ilə bağlı səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə verilib. Övladlığa verilən uşaqların vəziyyəti ilə bağlı mütəmadi monitorinqlər aparılır. Onların sosial, psixoloji vəziyyəti nəzarətdə saxlanılır.