Koronavirusla mübarizə tədbirləri çərçivəsində monitorinqlər davam edir.
Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 155 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində 25 nəfər “COVID-19 pasportu” olmadığına görə şənliyə buraxılmayıb.
Polis əməkdaşları tərəfindən respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk edən həmin şəxslərlə izahedici söhbətlər aparılıb, onlar tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşayış yerini tərk edən 1 nəfər barəsində isə cinayət işi başlanılıb