TRT-nin Bakı ofisinin Strategiya mütəxəssisi Mehmet Buğra Şahin, AzTV-nin Teleradio Akademiyasında "Televiziya və radio verilişlərinin fomatı", "Təsirli xəbər hazırlamağın qaydaları", "Xəbərin efirə verilməsinin meyarları", "Reportyor işinin xüsusiyyətləri", "İnformasiya qaynağı ilə münasibətlər" və s. mövzularda ustad dərsi keçir.
Pandemiya qaydaları ilə bağlı tələblər nəzərə alınmaq şərti ilə dərslər növbəti həftələrdə də davam edəcək.