Bu gündən 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu başlayıb.
Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları, ərizəsi ilə təsdiq etməlidir. Kredit almaq hüququnun müəyyənləşdirilməsi elektron təhsil tələbə krediti portalından mümkündür. Tələbənin bu hüququ elektron qaydada müəyyən edildikdən sonra kredit müvəkkil bank tərəfindən verilir. Müvafiq məlumatlar sistemdə təsdiq edildikdən sonra kredit və sığorta müqavilələri rəsmiləşdirilir, təhsil müəssisəsinə köçürülür.
Qeyd edək ki, 2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlər ötən il noyabrın 25-də başlayıb və bu gün saat 00:00-dək davam edib. İndiyədək tələbə krediti üçün 5651 müraciət qeydə alınıb. Onlardan 2447-si rəsmiləşdirilib, təhsil haqqı ödənilib.