Bu gün səhər saatlarından İlisu Dövlət Təbiət Qoruğunda yenidən yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, Qax rayonunun Qum kənd inzibati ərazisinin yaxınlığında, İlisu Dövlət Təbiət Qoruğunun 6-cı dolayında yüksək dağlıq ərazidə yanğın ötən gün axşam saatlarında söndürülüb. Lakin bu gün səhər saatlarından yanğın yenidən başlayıb. Yanğın böyük sürətlə yayılmasa da, çətin relyef və küləkli hava yanğını nəzarətə götürməyə çətinlik yaradır və lokallaşdırılmaya mane olur. Yüksək dağlıq-meşəlik ərazidə davam edən yanğına yenidən müvafiq texnika və şəxsi heyət cəlb edilib.