Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü, 341.2.1-ci və digər maddələr ilə ittiham elan edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, M.Şirvanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.