Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımızın problemlərinin həlli üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu barədə səfirlikdən məlumat verilib.
Səfirlik soydaşlarımızı təhlükəsizlik baxımdan evdən çıxmamağa çağırıb və bildirib ki, ehtiyac yarandığı halda səfirliyin 00380735050000 nömrəli qaynar xəttinə zəng edə bilərlər. Ukrayna hava yollarını bağladığı üçün hələlik ölkədən çıxış mümkünsüzdür.