Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarına bir daha müraciət edib.

Onlara hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmaları, evdə və ya təhlükəsiz yerdə qalmaları, səyahətdən çəkinmələri tövsiyə olunur.

Qeyd edilir ki, Ukraynanın hava məkanı bağlı olduğundan ciddi təhlükə ilə üzləşən vətəndaşlarımız Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Moldova ərazisinə keçə bilər. Moldova quru sərhədini keçmək istəyən Azərbaycan vətəndaşlarından COVID-19 pasportunu və COVID-19-a dair PCR testin neqativ nəticəsini tələb etməyəcək.