Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana harayı” abidəsi önündə anım tədbirinin keçirilməsi ilə bağlı bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə səhər saat 7-dən tədbir bitənədək Bayraq meydanından Neftçilər prospekti ilə bütün kəsişmələr, Parlament, Mikayıl Müşfiq istiqamətində yol bağlanılacaq. Səməd Vurğun, Bülbül, Azadıq prospekti, Kövkəb Səfərəliyeva istiqamətində dəyişdiriləcək. Sürücülərə bu istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə edilir.

Anım mərasimində iştirak etmək istəyənlərin ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.