“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Analitik qrup”u 2022-ci ilin növbəti rəy sorğusunu keçirib.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, sorğu 13-16 yanvar tarixlərində stasionar telefonlara zənglə təsadüfi seçilən 102 respondent arasında baş tutub.

“AzTV-də hansı proqram sizə daha maraqlı gəlir?” sualına 20 faiz respondent “AzTV Xəbər” cavabını verib. “Belə-belə işlər” layihəsinə maraq göstərənlər 12 faizdir.

“Gəncsən” verilişini bəyənənlərlə “Telesəhər”ə baxanlar bərabər olub. Onlar respondentlərin 9 faizini təşkil edir.

Siyahıda 4-cü yeri “Əsas məsələ” ilə “Tarixin izi” verilişləri bölüşdürür. Onların sayı 8 faizdir.

5-ci yerdə isə 7 faiz respondent sayı ilə “Həftə” verilişi qərarlaşıb.

“AzTV-də hansı efir simasını tanıyırsınız?” sualına cavab verənlərin 24 faizi “Həftə” verilişinin aparıcısı Rövşən Məmmədovun adını çəkib. 12 faiz səslə aparıcı Dilarə Səlim ikinci yerdədir. Samirə Mustafayeva və Mümtaz Xəlilzadə 7 faiz, Rüfət Həmzəyev və Nailə Babayeva isə 6 faiz səs toplayıb.

 “QSC-nin nəzdində fəaliyyət göstərən media subyektlərindən hansına daha çox vaxt ayırırsınız?” sualının cavabı isə aşağıdakı kimidir:

1.      AzTV – 44 %

2.      Mədəniyyət TV – 24 %

3.      İdman TV – 17 faiz

4.      Azərbaycan Radiosu (105 FM) – 15 faiz

AzTV-nin xəbər verilişlərinin ən çox izləniləni “AzTV Xəbər”in 20:00 buraxılışı olub. Respondentlərin 35 faizi gündəlik xəbərləri məhz bu buraxılışdan aldıqlarını deyiblər. “Region xəbərləri” isə 13 faiz respondent rəyi ilə ikinci yerdədir. «Новости» 12 faiz, “AzTV Xəbər”in 10:00 buraxılışı 11 faiz respondentin seçimi olub.

Xəbər proqramının 14:00 buraxılışına baxanlar isə 9 faiz təşkil edir.

Respondentlər QSC-nin fəaliyyətini daha çox “Instagram”dan izləyir. Onların 50 faizi belə deyib. Respondentlərin 39 faizi qurumun fəaliyyətini “Facebook”dan, 8 faizi “Telegram”dan, 4 faizi isə “Twitter”dən izlədiyini dilə gətirib.

33 faiz respondent deyib ki, AzTV-ni, əsasən, saat 20:00-22:00 aralığında izləyir. Saat 18:00-dan 20:00-a kimi izləyənlər isə 29 faiz təşkil edir. 22:00-00:00, 12:00-16:00 saat aralıqları da müvafiq olaraq AzTV-nin çox izlənilən vaxtlarıdır.

Respondentlərə “Mədəniyyət” kanalı ilə bağlı da suallar verilib.

Sözügedən kanalın ən çox baxılan proqramları isə aşağıdakı kimidir:

1.     “Ovqat” – 15%

2.    “Mədəniyyət xəbərləri” – 14%

3.    “Qırmızı xalı” – 10%

4.    “Nəcib söhbətlər” – 8%

5.    “Dərs saatı” – 7%

Respondentlər arasında Mədəniyyət TV-nin ən çox tanınan efir simaları:

Nəcibə Əlixanova – 20%

Rəşad İlyasov – 14%

Mehriban Zəki – 13%

Emin Nəsirli – 9%

Həcər Ağayeva – 7%

Sorğu iştirakçıları İdman TV-nin ən tanınmış simaları siyahısını aşağıdakı kimi müəyyənləşdirib:

Tural Məmmədli – 21 %

İqbal Aslanov – 10%

Rəşad Rafiqoğlu – 10%

Nurlan Hacıyev – 9%

Fərid Ramazanov – 9%

“İdman” kanalının hansı verilişi sizə daha maraqlı gəlir?” sualına cavab verən respondentlərin 20 faizi “İdman xəbərləri” cavabını verib.

12 faiz sorğu iştirakçısı “Telefitnes”i izləyir. 11 faiz respondent “İdman və media”ya, 10 faizi “İdman səhər”ə, 8 faizi isə “Mərkəzi xətt”ə baxdığını deyib.

Qeyd edək ki, rəy sorğusunun nəticələri ilə əlaqədar təqdim etdiyimiz hesabat ixtisarla dərc olunub. Nəticələrin rəy çoxluğuna görə ilk beşlikdə yer tutanları açıqlanıb.