Vətən müharibəsində ön cəbhədə fədakarlıq göstərmiş tibb işçilərinin siyahısı hazırlanır.
Nazirlər Kabinetinin sərəncamına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu barədə lazımi məlumatları toplayır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə ezam olunan şəxslərin siyahısı və təsdiqedici məlumatlar hazırlanması barədə tapşırıq verilib.
TƏBİB tərəfindən siyahı Agentliyə təqdim edildikdən sonra sözügedən şəxslərə müharibə veteranı adının verilməsi məsələsinə baxılması üçün sənəd aidiyyəti dövlət orqanına təqdim olunacaq.