Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun binası ciddi dağıntılara məruz qalıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb. Məlumatda Azərbaycanın fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binasının ciddi dağıntılara məruz qaldığı bildirilir. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

"Fəxri konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər", - deyə məlumatda qeyd olunur.