AzTV-də TRT-nin təlimlərinə start verilib

AzTV-də TRT-nin təlimlərinə start verilib

8 Mart, 16:08 Sosial mediada paylaşın:

Türkiyənin TRT kanalı ilə Azərbaycan Televiziyası arasında əlaqələr genişləndirilir. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu gündən etibarən AzTV-də TRT-nin təlimlərinə start verilib.

Müxbirlər, redaktorlar, rejissorlar, operatorlar, PR və sosial media mütəxəssisləri tədris prosesinə cəlb olunublar. Təlimlər qeyd edilən sahələr üzrə aparıcı mütəxəssislər tərəfindən keçirilir.

TRT-nin təlimləri 14 gün davam edəcək. Bununla yanaşı, AzTV-də çalışan müxbir heyətinin yaxın müddətdə təcrübə məqsədilə TRT-yə göndərilməsi nəzərdə tutulub.

CANLI YAYIM