Türkiyənin TRT kanalının bir qrup mütəxəssisinin Azərbaycan Televiziyasında təlimləri davam edir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu gün təlimlərin ikinci günüdür.
Müxbirlər, redaktorlar, rejissorlar, operatorlar, PR, sosial media və digər sahələrin mütəxəssisləri təlimlərdə iştirak edirlər.
14 günlük təlim proqramından sonra AzTV-nin bir qrup əməkdaşının təcrübə üçün TRT-yə göndərilməsi planlaşdırılır.