Düsen Kurabay oğlu Kaseinov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. 

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, D.K.Kaseinov TÜRKSOY-da səmərəli fəaliyyətinə və təşkilatın üzv dövlətləri arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə təltif olunub.