“Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra Azərbaycan və Türkiyə olaraq gücümüzü sülh və sabitlik üçün yönəltdik”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O qeyd edib ki, Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir.
“Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mənimlə görüşdə Azərbaycanla sülh müqaviləsi danışıqlarına başlamaq istədiklərini bildirdi. Fikrimcə, sülh sazişinə dair danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan özləri oturub danışmalıdırlar”, - deyə Çavuşoğlu əlavə edib.
Nazir Türkiyə və Ermənistan arasında da münasibətlərin normallaşma prosesində olduğunu xatırladıb: “Bizim bu normallaşma prosesimizi Azərbaycan da dəstəkləyir. Bu mövzuda bütün addımlarımızı Azərbaycanla koordinasiya edirik. Biz iki dövlət ola bilərik, amma bir millətik. Kiminsə buna şübhəsi olmasın”.