Əlahiddə Ümumqoşun Orduda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 24 iyun tarixli sərəncamları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.

Müdafiə Nazirliyindən bildirilib ki, medalların təqdim edilməsi mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə dövlət təltifləri haqqında məlumat verilib və Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun tarixli sərəncamları ilə təltif edilmiş İkinci Qarabağ müharibəsinin iştirakçılarına Xocavəndin, Cəbrayılın, Zəngilanın və Ağdamın azad olunmasına görə medalları təqdim edilib.

Şəxsi heyətin təntənəli keçidi ilə təltifetmə mərasimi başa çatıb.