Avropanın Yenidənqurma və İnkişaf Bankı Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün 51 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq.

Bu barədə Bank məlumat yayıb. Bankın Direktorlar Şurası tərəfindən kreditin aprelin 27-də təsdiqi gözlənilir. Bir sıra digər beynəlxalq maliyyə institutlarının layihəyə dəstək verməsi gözlənilir.

Qeyd edək ki, Qaradağ Günəş Eletrik Stansiyasının tikintisi layihəsini Birləşmiş Ərəb Əmirliklərinin aparıcı “Masdar” şirkəti icra edir. Layihə Azərbaycanın enerji sisteminə 230 MVt günəş enerjisi istehsal gücü əlavə edəcək və təxminən 110 min evi enerji ilə təmin edəcək.