Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, praktiki atışlar zamanı heyətlər tərəfindən şərti düşmənin hava hədəfləri aşkarlanaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.
Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.