Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.
Qeyd olunub ki, Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il üfüqdə Ayın görünməsindən asılı olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 2-nə təsadüf edəcək.
Ramazan bayramı isə may ayının 2-də olacaq.