Milli Məclisin deputatı Vahid Əhmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Qazməmməd oğlu Əhmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.