Qarabağda kütləvi məzarlıqlarda aşkarlanan meyit qalıqları ekshumasiya edilib.

Hərbi Prokurorluğun bununla bağlı məlumatında bildirilir ki, Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər ərazilərdə aşkarlanan kütləvi məzarlıqlardan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal edilən xeyli sayda insan meyitinin qalıqları ilə bağlı məhkəmə-tibbi və molekulyar-genetik ekspertizalar təyin olunaraq icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.

Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilən cinayət faktları ilə bağlı Hərbi Prokurorluqda istintaq-əməliyyat tədbirləri davam etdirilir.