Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” müzakirəyə çıxarılıb.

Bildirilib ki, keçən il bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Qanunsuz verilmiş 9 100 hektar torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən bələdiyyələrin vəzifəli şəxsləri barəsində məhkəmələrə göndərilən inzibati xəta haqqında protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.