Azərbaycanda ilk dəfə Qarabağ atlarının auksion satışı olacaq.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Aprelin 15-də keçiriləcək auksionda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər. Hərraca yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılacaq və satış auksion formatına uyğun olaraq həyata keçiriləcək.
Bununla yanaşı, Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və sığorta şirkəti tərəfindən sığortalanacaq.