Aprelin 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 10 min 301 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 601, ikinci doza vaksinlərin sayı - 823, üç və daha çox doza vaksinlərin sayı – 8 min 282, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 595-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 513 min 935, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 328 min 620, ikinci mərhələ üzrə 4 milyon 829 min 985, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 123 min 615, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 231 min 715-dir.