2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən 4 il ötür.

Uğurlu fəaliyyət modeli dünya tərəfindən qəbul olunan, görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan, Azərbaycanın siyasi sisteminə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirən İlham Əliyev yenidən xalqın etimadını qazanaraq 2018-ci ildə keçirilən prezident seçkilərində qalib gəldi. Bu seçkilər Prezidentlə xalq arasında olan bağlılığı bir daha ehtiva etdi.

Digər tərəfdən də dövlətin, xalqın demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına, vətəndaşın sərbəst seçmək və seçilmək prinsipinə nə dərəcədə həssas yanaşdığını açıq şəkildə göstərdi. Bu seçkilərdən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu.

Ötən dövrdə Azərbaycan öz tarixinin ən böyük uğurlarını qazanıb. Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnib. Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bu gün Azərbaycan güclü, dünya siyasətində öz yeri və rolu olan, aparıcı mövqelərə yüksələn dövlətə çevrilib.