Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci, ikinci mərhələ üzrə vaksin vurduran olmayıb, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1-dir. Pozitiv nəticədən sonra buster doza üçün müraciət edən də qeydə alınmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 549 308, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 330 997, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 832 867, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 151 708, pozitiv nəticədən sonra buster doza olunanların sayı 233 736 təşkil edir.