Aprelin 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 9 min 660 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 709, ikinci doza vaksinlərin sayı 856, üç və daha çox doza vaksinlərin sayı 7 min 547, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 548-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 558 min 968, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 331 min 706, ikinci mərhələ üzrə 4 milyon 833 min 723, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 159 min 255, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 234 min 284-dür.