18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür.
Bu gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Ənənəvi olaraq mədəni irsi yaşadan məkanlarda, mədəniyyət qoruqlarında çeşidli tədbirlər, sərgilər, maraqlı ekskursiyalarla qeyd olunur.