Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.
Hadisə dünən rayonun Ağcakənd kəndi istiqamətində qeydə alınıb. Belə ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçu Ayxan Camalzadə minaya düşüb. Xəsarət alan hərbçimiz hospitala yerləşdirilib.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib. Bildirilib ki, faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi başlanılıb.