Aprelin 20-də yerli vaxtla saat 17:37-də Zaqatala stansiyasından 42 km cənub-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Ocağı 14 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda zəif hiss edilib.