Aprelin 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 811 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 477, ikinci doza vaksinlərin sayı - 267, üç və daha çox doza vaksinlərin sayı – 3 min 779, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 288-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 619 min 356, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 336 min 706, ikinci mərhələ üzrə 4 milyon 837 min 999, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 206 min 660, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 237 min 991-dir.