Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 6 yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 650 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 nəfər vəfat edib. Aktiv xəstə sayı 145 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 400, bu günə qədər isə ümumilikdə 6 milyon 797 min 352 test icra olunub.