Bakı şəhərində qəzalı vəziyyətdə olan, istismar müddətini başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmini ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq komissiya yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, komissiyanın tərkibinə şəhər və paytaxt rayonları icra kakimiyyətlərinin məsul nümayəndələri daxil edilib. Sonda komissiya aparılan işlərin nəticəsi olaraq təkliflər hazırlayacaq.