2022-2023-cü tədris ili üzrə ümumtəhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna gələn həftədən start veriləcək.

Proses mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. 1-ci sinfə şagird qəbulu üçün ərizələrin onlayn qeydiyyatına mayın 4-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq. Mayın 6-dan, həmçinin tədris digər dillərdə aparılan siniflərə qəbulla bağlı müsahibə üçün qeydiyyat prosesinə start veriləcək və bu proses mayın 30-da başa çatacaq.

Müsahibələrin 10-31 may tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Məktəb və müəllim seçimi mərhələsi 11-18 iyun tarixlərində keçiriləcək. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.