Ramazan bayramı ilə əlaqədar Azərbaycan məscidlərində bayram namazı qılınıb

Müqəddəs Ramazan bayramı münasibətilə mayın 2-də səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.

Bayram namazında dualar edilir, Ulu Tanrıdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənib.

Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri iştirak ediblər.

Bütün müsəlmanlar, o cümlədən Azərbaycan xalqı Ramazan bayramı münasibətilə təbrik edilib, dualar oxunub.