Bu ilin üç ayı ərzində özəl tibb müəssisələrində göndərişlə 4445 cərrahi xidmət icra olunub
Ötən il müqaviləli tibb müəssisələrinə 35 min 912 göndəriş verilib. Göndərişlərin verildiyi şəxslərin sayı 30 min 438 nəfər, müqaviləli tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı 27 min 305-ə bərabərdir.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mayın 2-də keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu ilin ilk üç ayında özəl tibb müəssisələrində göndərişlə icra olunan cərrahi xidmət sayı 4445, 43 müqaviləli tibb müəssisəsinə ödənilən vəsait 8 milyon manatdan çox olub.