Azərbaycanda 13 nəfər COVID-19 infeksiyasına yoluxub

Azərbaycanda 13 nəfər COVID-19 infeksiyasına yoluxub

11 May, 17:08 Sosial mediada paylaşın:

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 13 yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 872 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 70 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 861, bu günə qədər isə ümumilikdə 6 milyon 842 min 319 test icra olunub.

CANLI YAYIM