Koronavirusa yoluxanların və vaksin olunanların sayı açıqlanıb

Koronavirusa yoluxanların və vaksin olunanların sayı açıqlanıb

13 May, 17:51 Sosial mediada paylaşın:

Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub, ölüm faktı qeydə alınmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək 792 min 664 nəfər koronavirusa yoluxub, 9709 nəfər vəfat edib. Aktiv xəstə sayı 65-dir. Son sutkada 2658, ümumilikdə isə 6 milyon 847 min 892 test aparılıb.

COVID-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı da son vəziyyət açıqlanıb. Ölkəmizdə daha 3180 nəfər vaksinasiyadan keçib. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 338, ikinci mərhələ üzrə isə 268 nəfərdir. Üç və daha çox doza vaksinlərin sayı 2322-dir, pozitiv nəticədən sonra vaksinin buster dozasını qəbul edənlər 252 nəfərdir. Vurulan peyvəndlərin ümumi sayı 13 milyon 681 min 428-dir.

CANLI YAYIM