Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub

15 May, 18:02 Sosial mediada paylaşın:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 792 min 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 912 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 52 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 548, bu günə qədər isə ümumilikdə 6 milyon 853 min 222 test icra olunub.

 

CANLI YAYIM