Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən siyasi dialoq prosesi çərçivəsində Prezident Administrasiyasında növbəti görüş Ədalət Partiyasının sədri İlyas İsmayılovla təşkil olunub.

Administrasiyanın rəsmisi Ədalət Vəliyev siyasi dialoq mühitinin inkişafı nəticəsində siyasi partiyaların fəaliyyəti üçün yaradılan şəraitdən bəhs edib. Bildirib ki, müxalifət partiyalarının Prezident İlham Əliyevin mövcud istiqamətdəki təşəbbüslərini dəstəkləməsi Azərbaycanda dayanıqlı demokratik ənənələrin formalaşdırılması prosesini sürətləndirir. İlyas İsmayılov deyib ki, rəhbərlik etdiyi siyasi partiya öz fəaliyyətində hər zaman yalnız dövlətin və millətin maraqlarından çıxış edəcək.