Azərbaycan və Rusiyanın XİN rəhbərləri Ermənistanla dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

Azərbaycan və Rusiyanın XİN rəhbərləri Ermənistanla dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

23 May, 18:38 Sosial mediada paylaşın:

Mayın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

CANLI YAYIM