Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 9 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 969 nəfər müalicə olunaraq sağalıb, 9 min 710 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 290, bu günə qədər isə ümumilikdə 6 milyon 880 min 431 test icra olunub.