Son sutkada Azərbaycanda COVID-19-dan 2 nəfər vəfat edib

Son sutkada Azərbaycanda COVID-19-dan 2 nəfər vəfat edib

26 May, 18:08 Sosial mediada paylaşın:

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 753 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 978 nəfər müalicə olunaraq sağalıb, 9 min 712 nəfər vəfat edib. Aktiv xəstə sayı 45 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 692, bu günə qədər isə ümumilikdə 6 milyon 883 min 123 test icra olunub.

CANLI YAYIM