Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan bir nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 792 min 758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 782 min 996 nəfər müalicə olunaraq sağalıb, 9 min 713 nəfər vəfat edib. Aktiv xəstə sayı 49 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1871, bu günə qədər isə ümumilikdə 6 milyon 890 min 579 test icra olunub.